Tayland Silahlı qüvvələri Kamboca tərəfinin “Qrad” yaylım atəşli reaktiv sistemlərindən mülki əhalini atəşə tutduğunu açıqlayıb.
“Quru qoşunlarının komandanlığı Kamboca qoşunlarının Tayland ərazisinə uzaq mənzilli artilleriya silahları, ilk növbədə, yaylım atəşli raket sistemləri ilə mülki hədəflərə qarşı həyata keçirilən hücumlarını qətiyyətlə pisləyir”, - bəyanatda vurğulanır.
Açıqlamada həmçinin Tayland Quru qoşunlarının əməliyyat şəraitinə uyğun olaraq Kamboca tərəfinə “adekvat cavab” verdiyi bildirilir.
|
| Tayland-Kamboca münaqişəsi yeni mərhələyə keçir? | VİDEO |
BMT Təhlükəsizlik Şurasının Cənub-Şərqi Asiyada yaşanan bu gərginliyi müzakirə edəcəyi bildirilib.
Tayland və Kamboca arasındakı sərhəd mübahisəsi 1904-cü ildə Siam Krallığı (Taylandın ovaxtkı adı) ilə Üçüncü Fransa Respublikası arasında bağlanmış müqavilədən qaynaqlanır.
Sənəd Siamın o zaman Fransaya məxsus olan qonşu ərazilərlə sərhədlərini müəyyənləşdirib. Lakin 1953-cü ildə Kamboca Fransadan müstəqillik qazandıqdan sonra sərhəd xətti ətrafında mübahisə yaranıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


