NYT: “ABŞ-nin siyasəti müharibəni bitirməyə mane olur”

      NYT:    “ABŞ-nin siyasəti müharibəni bitirməyə mane olur”
  25 İyul 2025    Oxunub:1124
Rusiya-Ukrayna müharibəsini uğurla həll etmək üçün ABŞ prezidenti Donald Trampın administrasiyası Moskva və Kiyev nümayəndələri ilə müntəzəm dialoq aparacaq peşəkar danışıqlar qrupu yaratmalıdır.
AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” qəzetinin yazdığına görə, davamlı sülhə nail olmaq üçün “bir neçə telefon zəngi və bir-iki səfər yetərli deyil”. Böyük beynəlxalq böhranların həlli bütün tərəfləri cəlb etməklə uzunmüddətli və ardıcıl səylər tələb edir.

Bu kontekstdə, qəzet 1998-ci ildə İngiltərə və İrlandiya arasında Şimali İrlandiyada illərlə davam edən zorakılıqlara son qoyan “Xoş Cümə Sazişi”ni misal gətirir. Həmin sənədin hazırlanması təxminən iki il çəkib. Eynilə, Koreya Müharibəsində (1950-1953) atəşkəs yalnız iki il ərzində keçirilən 575 görüşdən sonra əldə olundu.

“NYT” həmçinin 1970-ci illərin əvvəllərində “məkik diplomatiyası” vasitəsilə İsrail və Misir qoşunlarının Sinay yarımadasında döyüşdən çıxarılmasına dair iki sazişin imzalanmasına nail olan ABŞ-nin keçmiş Dövlət katibi Henri Kissincerin rolunu vurğulayır.

- “Məkik diplomatiyası” səmərəsiz olarsa, ABŞ Rusiya və Ukrayna ilə neytral ərazidə birbaşa və daimi danışıqlara başlamalıdır. Belə format bir neçə ay ərzində barışıq sazişinə gətirib çıxara bilər”, - qəzet yazır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna  



Xəbər lenti