Zelenski: “Ukraynaya 65 milyard dollar lazımdır” | VİDEO

         Zelenski: “Ukraynaya 65 milyard dollar lazımdır”    | VİDEO
  25 İyul 2025    Oxunub:686
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin ehtiyaclarını ödəmək üçün 65 milyard dolların lazım olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Ukraynanın “Strana.ua” nəşrinin Telegram-kanalı Volodimir Zelenskinin bəyanatından sitat gətirir.

Ukrayna liderinin sözlərinə görə, 40 milyard dollar büdcənin kəsirinin bağlanmasına, 25 milyard dollar isə dronların istehsalına lazımdır.

“Raketlər, dronlar, radio-elektron mübarizə sahələrində 25 milyard dollar zəruridir. Bütün ehtiyacları ödəmək üçün isə 65 milyard dollar lazımdır. Bunun üzərində işləməyə başlamışam. Çox çətin mövzudur, amma mən artıq başlamışam”, - deyən Zelenski bu məsələni müzakirə etdiyi Avropa ölkələrinin və qurumlarının rəhbərlərinin adlarını da sadalayıb.

O, həmçinin bildirib ki, avropalılar ukraynalı hərbçilərin maaşları üçün deyil, silahlar üçün vəsait ayırırlar.

- Ancaq belə çıxır ki, bizim ordumuz hamını qoruyan bu silah rolunu oynaya bilər”, - Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, iyulun 21-də Fransanın Xarici İşlər naziri Jan-Noel Barro ilə görüşdən sonra Zelenski fransız şirkətlərinin Ukrayna ərazisində PUA-lar istehsal etməyə hazır olduğunu açıqlayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   vəsait   ehtiyac  



Xəbər lenti