Qətər Avropaya qaz tədarükünü dayandıra bilər

Qətər Avropaya qaz tədarükünü dayandıra bilər
  26 İyul 2025    Oxunub:1115
Avropa Komissiyası (AK) iqlim mühafizəsi üzrə əsas tələbləri tədarük zənciri direktivindən çıxarmağa razı olmasa Qətər Avropa İttifaqına (Aİ) mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü dayandırmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, Qətərin Energetika üzrə dövlət naziri və “Qatar Energy” şirkətinin baş direktoru Saad bin Şərid əl-Kaabinin məktubuna istinad edən “Welt am Sonntag” qəzeti belə məlumat yayıb.

Brüsselə göndərdiyi məktubda Əl-Kaabi açıq şəkildə tədarükləri kəsməklə hədələyib.

“Aİ Korporativ Davamlılıq Direktivinə (CSDDD) əlavə dəyişikliklər etməlidir. Əks halda, Qətər və “QatarEnergy” şirkəti, daha sabit biznes üçün əlverişli mühitin mövcud olduğu Aİ xaricində LNG və digər məhsullar üçün alternativ bazarları ciddi şəkildə nəzərdən keçirməyə məcbur olacaq. Çünki iqlim mühafizəsi ilə bağlı CSDDD-nin 22-ci maddəsində Qətərdə qüvvədə olan qanun və standartlarla açıq-aşkar uyğunsuzluqlar və ziddiyyətlər”, - dövlət nazirinin məktubunda vurğulanır.

Məktubda həmçinin deyilir ki, Brüssel Paris sazişində nəzərdə tutulduğu kimi hər bir dövlətin öz iqlim mühafizəsi məqsədlərini müəyyən etmək hüququna məhəl qoymur.

Əl-Kaabinin fikrincə, 22-ci maddənin tələblərinin pozulmasına görə yüksək cərimələr, cəzalar və mülki məsuliyyət “QatarEnergy” şirkətinin Aİ-yə LNG və digər məhsulların tədarükünü davam etdirmək qabiliyyətini sarsıda biləcək ciddi risk yaradır.

- Mən əminəm ki, şirkətlər öz ölkələrinin iqlim siyasəti ilə Aİ standartları arasında seçim etməyə məcbur olunmamalıdırlar”, - Qətərin dövlət nazirinin məktubunda bildirilir.

Məqalədə Əl-Kaabinin müraciətinini təkcə Belçikada deyil, Aİ-nin digər dövlətlərind də aldıqlarına diqqət yetirilir. Bundan əlavə, müəlliflər xatırladırlar ki, Aİ 2050-ci ilə qədər neytral iqlimin yaradılmasını hədəfləyir, lakin bu tarix Paris İqlim Sazişində göstərilməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qətər     LNG  



Xəbər lenti