Tailand və Kamboca liderləri atəşkəsə razı olublar
"Mən indicə Taylandın baş nazirinin səlahiyyətlərini icra edən şəxslə danışdım və çox yaxşı söhbət oldu. Tayland da Kamboca kimi dərhal atəşkəs və sülh istəyir. Mən bu mesajı indi Kambocanın baş nazirinə çatdıracağam", - o, yazıb.
Onun sözlərinə görə, Pnompen və Banqkok artıq dərhal görüşmək və atəşkəs üzərində işə başlamaq barədə razılığa gəliblər.
Tramp onu həmçinin bildirib ki, bu şərt yerinə yetirildikdən sonra tərəflərə ABŞ ilə ticarət razılaşmalarını müzakirə etməyə qayıtmaq imkanı veriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


