Braziliya: "BRİKS-ə sadiqik"
"Biz müxtəlif ölkələrlə münasibətlər qurmaq, yalnız bir ölkədən asılı qalmamaq istəyirik. BRİKS-lə yanaşı Cənubi Amerika, Avropa və Asiyanın digər ölkələri ilə də əlaqələri artırmaq niyyətindəyik", – müşavir söyləyib.
Qəzet yazır ki, ABŞ Prezidenti Donald Tramp bu ay iki dəfə Braziliyaya hədə-qorxu gəlib. O, BRİKS-in anti-ABŞ siyasətini diqqətə çatdıraraq, bu ittifaqın sammitinin keçiriləcəyi istənilən ölkəyə 10%, xüsusilə Braziliyaya isə 50% rüsum – cəza irəli sürəcəyini vurğulayıb. Tramp həmçinin Silva hökumətini "söz azadlığına hücum", "gülünc senzura tədbirləri" və "ədalətsiz ticarət əlaqələri"ndə təqsirləndirilib.
"Donald Trampın Braziliyanın daxili işlərinə bu səviyyədə qarışması yolverilməzdir. Bu çərçivədə BRİKS-i ABŞ-nin geri addım atdığı çoxqütblü dünya nizamını dəstəkləməyə çağırırıq", – Amorim vurğulayıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: Braziliya ABŞ BRİKS gərginlik







Vaxtında, Aydın, Lazımlı!


