Ermənistan II Dünya müharibəsi abidələrini yığışdırır

   Ermənistan II Dünya müharibəsi abidələrini yığışdırır
  28 İyul 2025    Oxunub:1529
"Ermənistanın Artik şəhərinin yerli hakimiyyəti İkinci Dünya müharibəsində ölən əsgərlərin xatirəsinə Azadlıq meydanında ucaldılmış abidəni gizlicə söküb köçürmək niyyətindədir".
Bu sözləri Ermənistan parlamentinin müxalif deputatları Mher Melkonyan və Derenik Malxasyan ölkə mətbuatına açıqlamalarında dilə gətiriblər. Onların iddiasına əsasən, belə bir təşəbbüs Şərqi Avropada və Baltikyanı ölkələrdə SSRİ dövrünə aid abidələrin yığışdırılması ilə əlaqədar siyasəti xatırladır.

"Sözügedən abidə sökülərsə, ölkə ərazisindəki digər bu qəbildən abidələrin aqibəti də sual altına düşə bilər", – Malxasyan söyləyib.

Deputat vurğulayıb ki, abidənin yerində istirahət zonasının yaradılması nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   abidə   söküntü  



Xəbər lenti