“Yaxın gələcəkdə bu ölkələrə digər “beynəlxalq səviyyədə mühüm və nüfuzlu” dövlətlər, o cümlədən Avropadan kənar ölkələr də qoşula bilər. Artıq bu məsələ ilə bağlı danışıqlar aparılır”, - Məhəmməd Mustafa vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Fransa sentyabrda BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında Parisin Fələstin dövlətini rəsmən tanımaq niyyətində olduğunu açıqlayıb. Bu baş verərsə, Fransa Fələstin dövlətini tanıyan ilk G7 (“Böyük Yeddilik”) ölkəsi olacaq.
|
| London: “Fələstinin tanınması vacibdir” | VİDEO |
Lakin Makronun Fələstin dövlətini tanımaq planını “ağılsızlıq” adalandıran ABŞ-nin Dövlət katibi Marko Rubio bu qərarın yalnız HƏMAS-ın təbliğatına xidmət etdiyini və dünyanı geri atdığını söyləyib.
Bu günə qədər Fələstin dövlətini BMT-yə üzv olan 193 ölkədən 140-dan çoxu, eləcə də bir sıra Aİ ölkələri tanıyıb. Amma G7-nin heç bir üzvü - ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Yaponiya və Kanada - hələ bu addımı atmayıblar.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


