Tokayev Türkiyəyə gedir

   Tokayev Türkiyəyə gedir
  28 İyul 2025    Oxunub:1034
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Türkiyənin paytaxtı Ankara şəhərinə yollanacaq.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran özünün "X" hesabında məlumat verib. O diqqətə çatdırıb ki, Tokayev ikigünlük səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Duranın sözlərinə görə, eyni zamanda, Türkiyə ilə Qazaxıstan arasında Ali Strateji Əməkdaşlıq Şurasının beşinci iclası baş tutacaq.

Tərəflər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının daha da inkişafı istiqamətində atılan addımları qiymətləndirəcək, cari regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Görüşlərdə Türkiyə ilə Qazaxıstan hökumətləri arasında çoxsaylı sənədlərin imzalanması da nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qazaxıstan   Türkiyə   prezident   səfər  



Xəbər lenti