İstanbulda fişənglə meşəni yandıran şəxs yaxalanıb | VİDEO

İstanbulda fişənglə meşəni yandıran şəxs yaxalanıb |    VİDEO
  29 İyul 2025    Oxunub:511
Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda meşəlik ərazini siqnal fişəngi ilə yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, yanğın rayonun Çubuqlu məhəlləsində dünən axşam saatlarında meydana gəlib. Yanğınsöndürənlər yanğını çox yayılmadan məhdudlaşdıraraq söndürüblər.

Hadisəni törədən, adı gizli saxlanılan şübhəli şəxs istintaqda söyləyib ki, siqnal fişəngini "maraq xatirinə" havaya atıb, amma fişəngin meşəyə düşdüyünü gördükdə özü yanğınsöndürmə xidmətinə zəng vurub. O, hadisəni "qəsdən törətmədiyini" bildirib.

Şübhəli şəxs istintaqın ardınca məhkəmə qarşısına çıxarılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   yanğın   həbs  



Xəbər lenti