Türkiyədə 57 milyon barrel neft ehtiyatı üzə çıxarılıb

   Türkiyədə    57 milyon    barrel neft ehtiyatı üzə çıxarılıb
  30 İyul 2025    Oxunub:1112
"Bu il ölkənin müxtəlif ərazilərində ümumilikdə 57 milyon barrel neft ehtiyatı aşkarlanıb".
Bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar yerli mətbuata açıqlamasında dilə gətirib. O vurğulayıb ki, aşkarlanan neft ehtiyatının ümumi dəyəri təqribən 4 milyar dollardır.

"Eyni zamanda, təhqiqat nəticəsində müəyyənləşib ki, Diyarbəkir vilayətində 4-6 milyon barrel şist qazı və şist neft potensialı var", - nazir bildirib.

Bayraqdar diqqətə çatdırıb ki, növbəti il Qara dənizdən təbii qazın çıxarılması üzrə ikinci mərhələ tamamlananda Türkiyə daxilində 8 milyon evin enerji ehtiyacı qarşılanacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   neft   qaz  



Xəbər lenti