Azərbaycan diasporunun rəhbəri axtarışa verilib

   Azərbaycan diasporunun rəhbəri axtarışa verilib
  30 İyul 2025    Oxunub:1062
Rusiyanın Ural federal dairəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Şahin Şıxlinski iyulun 1-də saxlanılsa da, tezliklə sərbəst buraxılıb.

Saxlanıldığı əsnada oğlu Mütvəli Şıxlinski əməliyyatçını yerə yıxaraq müqavimət göstərib. İyulun 16-da onun barəsində dövlət məmuruna qarşı zorakılığa görə iki ay həbs qətimkan tədbiri seçilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   diaspor   həbs  



Xəbər lenti