Tehranda neft anbarında yanğın baş verib

Tehranda neft anbarında yanğın baş verib
  30 İyul 2025    Oxunub:379
İranın paytaxtı Tehran şəhərində yerləşən "Şəhran" neft anbarında yanğın baş verib.
AzVision.az İran KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində anbarın ətrafını qara tüstü bürüyüb.

Məlumata görə, anbarda 12 günlük müharibə zamanı İsrailin hava hücumlarında zədələnən neft çənləri olub. Çənlərin dibində yığılmış neft tullantıları tüstünün yaranmasına səbəb olub.

Qeyd olunur ki, yanğının təkrar baş verməsi və anbarın son vəziyyəti narahatlıq doğurur. Hazırda yanğınla bağlı ətraflı məlumat toplanır və dəymiş zərər qiymətləndirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti