Ukraynada qalmaqal yaradan qanun ləğv olundu

Ukraynada qalmaqal yaradan qanun ləğv olundu
  31 İyul 2025    Oxunub:1031
Ukrayna Ali Radası Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Büronun (UMAB) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (İAP) müstəqilliyini bərpası barədə prezidentin qanun layihəsini qəbul edib.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, prezident Volodimir Zelenskinin təqdim etdiyi qanun layihəsini Ali Radanın 331 deputatı dəstəkləyib.

Qanun prezident ofisinin Ukraynanın iki əsas antikorrupsiya orqanının səlahiyyətlərini məhdudlaşdırmaq cəhdi ilə bağlı ölkə daxilində və xaricində tənqid dalğasına cavab kimi qəbul edilib.

Aİ Ukraynaya maliyyə dəstəyini dayandırıb | VİDEO
Daha əvvəl edilən düzəlişlər icraedici hakimiyyətə UMAB və İAP-ın kadr və prosedur qərarlarına təsir etmək imkanı verirdi. Bu, ABŞ, Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Valyuta Fonudunun (BVF) kəskin reaksiyasına səbəb olub. Onlar antikorrupsiya infrastrukturunun müstəqilliyini Ukraynaya makromaliyyə və siyasi dəstəyin davam etdirilməsi üçün kritik şərt adlandırıblar.

Eyni zamanda Ukraynanın iri şəhərlərində vətəndaş fəallarının və antikorrupsiya təşkilatlarının nümayəndələrinin iştirakı ilə küçə etirazları keçirilib.

İndi qəbul edilmiş qanun müstəqilliyin əvvəlki mexanizmlərini demək olar ki, tamamilə bərpa edir. Baxmayaraq ki, burada yeni müddəalar, o cümlədən dövlət sirlərinə çıxışı olan UMAB əməkdaşları üçün məcburi poliqrafiya testi nəzərdə tutulur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   qanun  



Xəbər lenti