Portuqaliya Fələstini rəsmi olaraq tanımağı nəzərdən keçirir

Portuqaliya Fələstini rəsmi olaraq tanımağı nəzərdən keçirir
  31 İyul 2025    Oxunub:432
Böyük Britaniyadan sonra Portuqaliya da Fələstin dövlətini tanımağı nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bununla bağlı Portuqaliyanın Baş naziri Luis Monteneqronun ofisi bəyanat yayıb.

Bəyanata görə, Portuqaliya sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmi olaraq tanımağı düşünür.

Qeyd edək ki, bundan əvvəl Fransa, Böyük Britaniya, Kanada və Malta Fələstini rəsmi olaraq dövlət kimi tanıyacaqlarını elan etmişdilər.

AzVision.az



Teqlər:



Xəbər lenti