Sabah Kiyevdə matəm elan olunub

Sabah Kiyevdə matəm elan olunub
  31 İyul 2025    Oxunub:353
Rusiyanın endirdiyi zərbələr fonunda sabah Kiyevdə matəm elan olunub.

AzVision.az xəbər verir ki, bu barədə “Telegram”-da paylaşımında Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Həmin gün şəhərdə əyləncəli tədbirlər qadağan olunub. Bələdiyyə binalarında bayraqlar endiriləcək. Vitali Kliçko dövlət binalarında da bayraqların endirilməsinin tövsiyə olunduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, son məlumata əsasən, Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 1-i uşaq olmaqla 11 nəfər həlak olub, 135 nəfər yaralanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti