İsrail Livanda “Hizbullah”ın hədəflərinə zərbələr endirdiyini təsdiqləyib

İsrail Livanda “Hizbullah”ın hədəflərinə zərbələr endirdiyini təsdiqləyib
  01 Avqust 2025    Oxunub:578
İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Ordusunun Livandakı "Hizbullah"ın hədəflərinə zərbələr endirdiyini təsdiqləyib.
AzVision.az bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.

Katsın sözlərinə görə, hədəf Livanın şərqindəki Bekaa vadisində yerləşən yüksək dəqiqlikli silahlar istehsal edilən zavod - “Hizbullah”ın ən böyük silah istehsalı obyekti olub. Nazir qeyd edib ki, bu obyekt buna qədər də İsrail ordusu tərəfindən vurulub.

O, həmçinin qruplaşmanın döyüş qabiliyyətini bərpa etməyə çalışdığı digər hədəflərə də hücum edildiyini bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti