ABŞ Senatı Ukraynaya 1 milyard dollar yardım paketini dəstəklədi

ABŞ Senatı Ukraynaya 1 milyard dollar yardım paketini dəstəklədi
  31 İyul 2025    Oxunub:411
ABŞ Senatı müdafiə büdcəsinə daxil edilən təxminən 1 milyard dollarlıq Ukrayna yardımı paketini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu, Donald Tramp administrasiyasının büdcə tələbinə zidd olaraq qəbul olunub. Senat Müdafiə Nazirliyinin 2026-cı maliyyə ili üçün 852 milyard dollar büdcəsini dəstəkləyib ki, bu da Trampın əvvəlki tələbindən 21,7 milyard dollar çoxdur.

Yardım paketi Ukraynanın təhlükəsizlik təşəbbüslərinə və Baltik ölkələrinə dəstək üçün nəzərdə tutulub. Növbəti mərhələdə qanun layihəsi Senatda tam səsverməyə çıxarılacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti