Bayden: “Amerikanı qaranlıq dövr gözləyir”

 Bayden:  “Amerikanı qaranlıq dövr gözləyir”
  01 Avqust 2025    Oxunub:1088
Qanunun aliliyinə və vətəndaş azadlıqlarına təhdidlərlə bağlı Birləşmiş Ştatlar “qaranlıq dövr”lə üzləşəcək.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden belə deyib.

“Baş verənləri ört-basdır edə bilməzsiniz. Bu qaranlıq vaxtlardır”, - Co Byaden iddia edib.

Qəzet qeyd edir ki, Trampın adı birbaşa çəkilməsə də, keçmiş Amerika prezidentinin tənqidi konkret olaraq Ağ Evin hazırkı rəhbərinə ünvanlanıb.

Eyni zamanda, Konqresi fəaliyyətsizlikdə günahlandıran Co Bayden ABŞ-nin yeni administrasiyasının “tarixi silməyə”, onun və sələflərinin əldə etdiyi tərəqqini ləğv etməyə çalışdığını açıqlayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp özünü sələfi Co Baydenlə müqayisə edərək, daha yaxşı qolfçu olduğunu demişdi. Trampın qürurunu Şotlandiyadakı “Trump International Golf Links”də yeni qolf-klubda top vurması ilə bağlı video daha da gücləndirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Bayden   Tramp  



Xəbər lenti