İsveçrə: "Məsələ öz həllini danışıqlar yolu ilə tapmalıdır"

      İsveçrə:    "Məsələ öz həllini danışıqlar yolu ilə tapmalıdır"
  01 Avqust 2025    Oxunub:950
İsveçrə hökuməti Prezident Donald Trampın imzaladığı sərəncam əsasında ABŞ-yə İsveçrədən idxala 39% gömrük rüsumu irəli sürülməsini "böyük təəssüf hissi ilə" qarşılayıb.
Bu barədə İsveçrə Federal Şurasının "X"dəki hesabında bəyanat yayılıb. Bildirilib ki, iki ölkə arasında ortaq məxrəcə gəlmək məqsədilə Vaşinqtonun məsul orqanları ilə təmas yaradılmasına başlanıb.

"Ümidvarıq ki, bu məsələ danışıqlar yolu ilə öz həllini tapacaq. Bu amalda səy göstəririk", - bəyanatda vurğulanır.
Tramp tarifləri artırıb

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamla "qlobal ticarəti Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədilə" onlarla ölkəyə yüksək tariflər irəli sürülüb. İxrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Hindistan üçün 25%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub. Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10%-də qərarlaşıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsveçrə   ABŞ   tarif   reaksiya  



Xəbər lenti