Kiyevə hücumda Azərbaycan Evinə ziyan dəyib I FOTO

   Kiyevə hücumda Azərbaycan Evinə ziyan dəyib    I FOTO
  01 Avqust 2025    Oxunub:1063
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.
AzVision.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov AzərTac-a bildirib ki, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib, xəsarət alan olmayıb.



Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb. Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.










AzVision.az



Teqlər:



Xəbər lenti