Bir sıra ölkə Qəzzaya hava vasitəsilə yardım çatdırıb | VİDEO

Bir sıra ölkə Qəzzaya hava vasitəsilə yardım çatdırıb |    VİDEO
  01 Avqust 2025    Oxunub:719
İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, həmçinin bir ildən artıq müddətdə ilk dəfə İspaniya, Almaniya və Fransa hökumətləri təyyarələrdən hava vasitəsilə Qəzza zolağına humanitar yardım paketləri göndərib.
"The Times of Israel" xəbər saytının yaydığı məlumata görə, İsrail Ordusu sözügedən yardım partiyası barədə hələlik hər hansı şərh bildirməsə də, ötən günlərdə diqqətə çatdırılmışdı ki, Qəzzaya yardım axınının artırılması məqsədilə bu cür tədbirlərə icazə verilib.
Paris Qəzzaya yardım göndərəcək

Qəzza sakinləri üçün bu cür beynəlxalq səylərin artmasına baxmayaraq, İsrail Ordusu yaydığı video ilə bildirir ki, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının yaraqlıları Qəzza zolağının sakinləri üçün göndərilən humanitar yardımları ələ keçirirlər.

"Hərçənd HƏMAS yalan iddia irəli sürüb ki, videodakı şəxslər təhlükəsizlik işçiləridir, amma açıq-aydın görünür: onlar sakinlərin yardım payını qamarlayan terrorçulardır. HƏMAS əhalinin ehtiyaclarına məhəl qoymur. Bu video aydın sübutdur ki, Qəzzaya humanitar yardımın çatdırılmasında əsas maneə məhz HƏMAS-dır", - məlumatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   yardım  



Xəbər lenti