Azərbaycan qazı yeni enerji körpüsünün təməlini qoyur - VİDEO

   Azərbaycan qazı yeni enerji körpüsünün təməlini qoyur    - VİDEO
  02 Avqust 2025    Oxunub:1502
Azərbaycanın təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdrırlması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqazla Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur.
AzVision.az xəbər verir ki, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyədə keçirilən tədbirdə belə deyib.

Azərbaycanlı nazir qeyd edib ki, ilkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1,2 milyard kubmetrə qədər nəzərdə tutulur.

Azərbaycan qazının Suriyaya nəql olunma mərasimi keçirilir
“Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq. Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaqdır”, -Mikayıl Cabbarov vurğulayıb.

Xatırladaq ki, bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə üzərindən keçməklə Suriyaya nəqli ilə bağlı Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimi keçirilir.


AzVision.az


Teqlər:   Azərbaycan   Türkiyə   Suriya  



Xəbər lenti