İranda Müdafiə Şurası yaradılacaq

   İranda Müdafiə Şurası yaradılacaq
  04 Avqust 2025    Oxunub:841
(Fotoda: İran Silahlı Qüvvələrinin Baş komandanı Əmir Hatəmi)

İran milli təhlükəsizlik üzrə koordinasiyanı gücləndirmək məqsədilə yeni Müdafiə Şurası quracaq.
Ölkənin "Fararu" xəbər agentliyinin yaydığı məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurası yeni Müdafiə Şurasının yaradılmasını təsdiqləyib.

Yeni təşkilat ölkənin müdafiə strategiyalarının mərkəzləşdirilmiş surətdə qiymətləndirilməsindən, İran Silahlı Qüvvələrinin əməliyyat imkanlarının artırılmasından məsul sayılacaq.

Məlumata əsasən, Müdafiə Şurasının sədri vəzifəsinə İran Prezidenti müəyyənləşib. Şuranın tərkibinə hakimiyyətin hər üç qolundan, ali komandanlıqdan və müvafiq nazirliklərdən nümayəndələr seçiləcək.

İran Müdafiə Şurasının yaradılması İsraillə gərgin münasibətlər fonunda baş verir. Belə ki, İran Silahlı Qüvvələrinin Baş komandanı Əmir Hatəmi ptən günlərdə "İsraildən gələn təhlükələrin səngimədiyini" diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   müdafiə   şura  



Xəbər lenti