Rusiya Xarkov vilayətinə kütləvi zərbələr endirib

Rusiya Xarkov vilayətinə kütləvi zərbələr endirib
  05 Avqust 2025    Oxunub:1191
Avqustun 5-nə keçən gecə Ukraynanın Xarkov vilayətinin Lozovaya şəhəri Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb.
AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, kritik infrastruktura, çoxmərtəbəli binalara və özəl sektora ziyan dəyib. Uşaqlar da daxil olmaqla yaralananlar var.

“Müharibə başlayandan bəri Lozovaya ən kütləvi hücumla üzləşib. Kritik infrastruktura, çoxmərtəbəli binalara, özəl sektora ziyan dəyib. Təəssüf ki, yaralılar, o cümlədən iki uşaq var. Xilasedicilər, tibb işçiləri və təcili yardım işləyir. Fəsadları qeydə alırıq. Bu gecə ruslar sakit yatan dinc insanlara qarşı əsl terror törətdilər”, - şəhərin meri Sergey Zelenski bildirib.

Avqustun 5-də səhər saatlarında Lozovayanın bir hissəsi elektrik enerjisindən məhrum olub. Ukrayna Dəmir Yolları İdarəsi rusların Lozovayanın dəmir yolu infrastrukturuna kütləvi hücuma keçdiyini, dəmiryolçular arasında ölən və yaralananların olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Xarkov   zərbələr  



Xəbər lenti