Kan: "Qəzzanın işğalı ağır itkilərlə nəticələnə bilər"

   Kan:    "Qəzzanın işğalı ağır itkilərlə nəticələnə bilər"
  06 Avqust 2025    Oxunub:969
"İsrail Silahlı Qüvvələri Qəzza zolağının bütövlükdə işğalı planının həyata keçirməyə çalışarsa, bu, çox sayda itkilərə gətirib çıxara bilər".
Bu sözləri adı çəkilməyən İsrail hərbçiləri ölkənin İctimai Yayım Şirkətinə ("Kan") açıqlamada dilə gətiriblər. Onlar vurğulayıblar ki, burada söhbət yüzlərlə hərbçinin həyatını itirməsi, daha çoxunun isə xəsarət alması ehtimalından gedir.

"Eyni zamanda, nəzərə alsaq ki, İsrail Ordusu Qəzza zolağında əsirlərin saxlanıldıqları ərazilərdə əməliyyat aparmaqdan çəkinirlər, belə bir şəraitdə zolağı bütünlüklə ələ keçirmək cəhdi əsirlərin həyatı bahasına başa gələcək. Onları ya HƏMAS terrorçuları qəsdən qətlə yetirə, yaxud hərbçilərimiz bilməyərəkdən güllələyə bilərlər", - müsahiblər bildiriblər.
Haaretz: "Qəzzanın ilhaqı nəzərdə tutulmur"

Hazırda İsrailin siyasi və hərbi rəhbərliyi daxilində Qəzzanın mümkün işğalı ilə əlaqədar yekdil qərar yoxdur. Məlumata görə, Baş nazir Benyamin Netanyahu işğal əmrini verməyə hazırlaşsa da, Baş Qərargah rəisi general-leytenant Eyal Zamir "ordunun daha tədricən yanaşıb Qəzza şəhərini mühasirəyə almağını" məsləhət görür. HƏMAS tərəfindən əsirlikdə saxlanılan vətəndaşlar da işğal qarşısında maneə sayılır. Bir qrup hökumət nümayəndəsi əsirlərin həyatını təhlükəyə atmamağın vacibliyini diqqətə çatdırır, digər qrup isə söyləyir ki, müharibədə əsaq məqsəd mütləq qələbədir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Qəzza   işğal   plan  



Xəbər lenti