ABŞ-da hərbi bazada atışma baş verib

ABŞ-da hərbi bazada atışma baş verib
  06 Avqust 2025    Oxunub:392
ABŞ-ın Corciya ştatında orduya məxsus “Fort Styuart” bazasında 5 hərbçiyə atəş açılıb.
AzVision.az xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxs həbs edilib. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Livit Donald Trampın hadisə ilə bağlı məlumatlandırıldığını və Ağ evin hadisəni izlədiyini deyib.

İnsidentin detalları açıqlanmayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti