Qazaxıstan qəzaya uğramış təyyarə ilə əlaqədar yekun hesabat verəcək

   Qazaxıstan qəzaya uğramış təyyarə ilə əlaqədar yekun hesabat verəcək
  07 Avqust 2025    Oxunub:1012
Qazaxıstan hökuməti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin ötən ilin dekabrında Aktau Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar yekun hesabat hazırlayır.
Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev keçirdiyi mətbuat konfransında sözügedən qəzanın təhqiqatına dair müvafiq suala cavabında məlumat verib. O diqqətə çatdırıb ki, hesabat bir neçə aya açıqlanacaq

"Məsələ üzrə təhlil mərhələsi başa çatıb, hazırda yekun hesabatın hazırlanması mərhələsi başlayıb. Zənnimcə, gözləmək lazımdır", - o deyib.

Xatırladaq ki, 2024-cü lin dekabr ayının 25-də AZAL-a məxsus "Embraer" markalı "190-100 IGW" modelli sərnişin təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qazaxıstan   Azərbaycan   təyyarə   hesabat  



Xəbər lenti