Fidan Suriya Prezidenti ilə görüşəcək

   Fidan Suriya Prezidenti ilə görüşəcək
  07 Avqust 2025    Oxunub:879
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Suriyaya səfərə yollanacaq.
Türkiyə mətbuatının yaydığı məlumata əsasən, o, səfər çərçivəsində Prezident Əhməd Əş-Şərəə ilə görüş keçirəcək. Tərəflər keçən ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən etibarən iki ölkə arasında müxtəlif sahələrdə artan əməkdaşlığı qiymətləndirəcəklər.

Türkiyənin Suriyada yenidənqurma işlərinə töhfəsi, separatçı terror qruplaşmalarına qarşı birgə mübarizə də danışıqların gündəliyindədir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   nazir   Suriya   səfər  



Xəbər lenti