NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır

   NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
  09 Avqust 2025    Oxunub:376
"Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır və hər iki ölkə ilə işləməyə hazırdır".
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat katibi Allison Hart bildirib.

"NATO bu prosesə verdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür edir", - Hart "X" səhifəsində qeyd edib.

Onun sözlərinə görə, NATO bu hadisələri "regional təhlükəsizliyə doğru mühüm addım" hesab edir.

AzVision.az



Teqlər:



Xəbər lenti