Taliban Kabildə qadın gözəllik salonlarını kütləvi şəkildə bağlayır

Taliban Kabildə qadın gözəllik salonlarını kütləvi şəkildə bağlayır
  10 Avqust 2025    Oxunub:1538
Kabildə Taliban qadınlara üçün gözəllik salonlarının fəaliyyətini kütləvi şəkildə dayandırıb.
AzVision.az "Tolo News" saytına istinadla xəbər verir ki, yüzlərlə salonun işi iflic olub, avadanlıqlar məhv edilib və ya müsadirə olunub.

Şahidlər bildirirlər ki, Taliban üzvləri binaları yoxlayaraq, içərisində qadın salonu aşkar etdikdə dərhal dağıdırlar. Təxminən 60 min qadının çalışdığı bu sahədəki məhdudiyyətlər məşğulluğa ciddi zərbə vurub. Analitiklər bunu qadınların ictimai və iqtisadi həyatdan tədricən uzaqlaşdırılması siyasətinin tərkib hissəsi kimi dəyərləndirirlər.

İyulda Kabilin bir neçə rayonunda təhlükəsizlik qüvvələri hicabı düzgün geyinmədiyinə görə onlarla qadını saxlamışdı.

Röya Əliyeva
AzVision.az


Teqlər: Əfqanıstan   gözəllik   salon   qadağa  



Xəbər lenti