Qəzzada "Al Jazeera" telekanalının 5 əməkdaşı ölüb

Qəzzada "Al Jazeera" telekanalının 5 əməkdaşı ölüb
  11 Avqust 2025    Oxunub:1218
Qətərin "Al Jazeera" ("Əl-Cəzirə") telekanalının 5 jurnalisti İsrailin Qəzza zolağına endirdiyi aviazərbə nəticəsində həyatını itirib.
Telekanalın yaydığı məlumata görə, hücum Qəzzada xəstəxananın qarşısında baş verib, aviazərbə jurnalistlərin üçün nəzərdə tutulmuş çadıra tuşlanıb. Ölənlər arasında Fələstinin iranyönümlü HƏMAS terror təşkilatına işləməkdə şübhəli bilinən müxbir Ənəs Əl-Şərif də var.

Eyni zamanda, çadırdakı daha 2 nəfər də zərbə nəticəsində ölüb. Aviazərbənin məhz Əl-Şərifi zərərsizləşdirmək üçün endirilməsi ehtimalı istisna deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   jurnalist   aviazərbə  



Xəbər lenti