Türkiyədə temperatur 53 dərəcəyə çatıb

   Türkiyədə temperatur 53 dərəcəyə çatıb
  12 Avqust 2025    Oxunub:1106
Türkiyənin Şanlıurfa şəhərində havanın temperaturu 53 dərəcəyədək yüksəlib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, qızmar hava nəticəsində şəhər küçələri tamamilə boşalıb. Əhali sərinləmək üçün meşələrə, kölgəli ərazilərə axışır.

Anomal istilərin hələ bir neçə gün davam edəcəyi diqqətə çatdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   temperatur  



Xəbər lenti