Fələstinli qadın İrana casusluğa görə saxlanılıb

   Fələstinli qadın İrana casusluğa görə saxlanılıb
  18 Avqust 2025    Oxunub:1021
Fələstinin Beyt-Ümmər şəhərinin sakini 24 yaşlı qadın İranın kəşfiyyat xidmətinin leninə casusluq fəaliyyəti göstərməkdə şübhəli bilinərək saxlanılıb.
İsrailin "Kanal 12" telekanalının hökumət mənbələrinə istinadən verdiyi xəbərə görə, yerli polis sözügedən qadını İsrail Ordusunun və daxili təhlükəsizlik xidməti "Şin-Bet"in kəşfiyyat məlumatı əsasında avqustun 6-da ələ keçirib. Bildirilib ki, hazırda istintaq aparıldığı üçün şübhəliyə qarşı sürülən ittihamların təfərrüatı açıqlanmayıb.

"Kanal 12" diqqətə çatdırıb ki, qadın ilkin istintaqda bəzi ittihamları boynuna alıb. O, İranın kəşfiyyat xidmətinin əməkdaşı ilə əlaqə saxladığını, ondan tapşırıqlar alıb yerinə yetirdiyini söyləyib.

Hərbi məhkəmə şübhəli qadın barəsində həbs qətimkan tədbiri seçərək, iddiaları əsaslandırmaq üçün polisdən əlavə sübutlar istəyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   İran   casus   həbs  



Xəbər lenti