Kiyev mövcud təmas xətti boyu barışığa razıdır

   Kiyev mövcud təmas xətti boyu barışığa razıdır
  18 Avqust 2025    Oxunub:914
Ukrayna prezidenti Volodimir Zelenski hazırkı cəbhə xətti boyunca münaqişəni həll etməyə hazırdır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin yazdığına görə, Zelenskinin ABŞ lideri Donald Trampla qarşıdakı görüşdə məqsədi “Ukraynanı qeyri-mümkün addımlar atmağa məcbur etmədən, sülh yolu ilə həllin məhsuldar prosesini” müzakirə olacaq.

“Bunun üçün Ukrayna prezidenti hazırkı cəbhə xəttində ukraynalıların razılaşa biləcəyi “həzm oluna bilən kompromis”ə getməyə hazırdır. Eyni zamanda, Zelenskinin Donbassdan qoşunları çıxarmağa hazır olmadığı bildirilir”, - qəzetdə dərc edilən materialda deyilir.

Qəzetin həmsöhbətləri Zelenskinin özünü çox sərt aparacağı və ya münaqişənin həlli təklifinə həddindən artıq müqavimət göstərəcəyi halda, Trampın qəzəblənəcəyindən qorxurlar.

Xatırladaq ki, ABŞ prezidenti Rusiya ilə sülh müqaviləsini müzakirə etmək üçün avqustun 18-də Vaşinqtonda Zelenski ilə görüşəcək. Bu görüş Bakı vaxtı ilə saat 21:15-də baş tutacaq.

ABŞ prezidenti açıqlayıb ki, Zelenski Krıma dair iddialarından və NATO-ya üzvlük əldə etmək niyyətindən əl çəkərsə, Ukrayna münaqişəsinə dərhal son qoya bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   sülh   şərtlər  



Xəbər lenti