Erməni diplomatlara “Tramp marşrutu” barədə təlimat veriləcək

   Erməni diplomatlara “Tramp marşrutu” barədə təlimat veriləcək
  19 Avqust 2025    Oxunub:743
Sünik bölgəsində (Zəngəzur - red.) illik görüş zamanı Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan xarici ölkələrdə akkreditə olunmuş Ermənistan səfirlərinə “Tramp marşrutu”nun təfərrüatlarını təqdim edəcək.
AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, diplomatlar üçün Amerika layihəsinin necə təqdim olunacağı və avqustun 8-də Vaşinqtonda hansı razılaşmaların əldə edildiyi barədə bir növ “təlimat” da keçirilə bilər. Görüş avqustun 25-dən 27-dək baş tutacaq.

Bundan əlavə, qəzet qeyd edir ki, Ermənistanda akkreditə olunmuş xarici səfirlər də həmin günlərdə Sünikdə (Zəngəzur - red.) olacaqlar. Onlar üçün tanışlıq səfəri nəzərdə tutulub.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ermənistan   Zəngəzur  



Xəbər lenti