Ermənistan ordusunda kütləvi ixtisarlar gedir

   Ermənistan ordusunda kütləvi ixtisarlar gedir
  19 Avqust 2025    Oxunub:1014
Ermənistan silahlı qüvvələrində və Müdafiə nazirliyi sistemində irimiqyaslı ixtisarlar aparılır.
AzVision.az xəbər verir ki, bu barədə mənbələrə istinadən məlumat yayan “Hraparak” qəzetinin iddiasına görə, son aylarda Müdafiə nazirliyinin tabeliyindəki bölmələr də daxil olmaqla, onlarla hərbi qulluqçu heç bir izahat verilmədən işdən çıxarılıb.

“İxtisara ilk növbədə düşənlər attestasiyadan keçə bilməyən, lakin az maaşlı vəzifələrdə xidmətini davam etdirənlərdir. Eyni zamanda, orduda mülki şəxsi heyətin sayı, əksinə, kəskin şəkildə artıb. Hərbi ictimaiyyət baş verənləri Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesi ilə deyil, hakimiyyətin büdcə xərclərini azaltmaq siyasəti ilə əlaqələndirir”, - qəzet yazır.

Xatırladaq ki, hələ 2023-cü ildə Ermənistan hökuməti döyüş tapşırıqlarının planlaşdırılması və icrası üzrə vəzifə tutan müqaviləli zabit, çavuş və sıravi hərbi qulluqçuların attestasiyası prosedurunu təsdiqləyib.

Ermənistanın Müdafiə naziri Suren Papikyan qeyd edib ki, sertifikatlaşdırma biliklərin yoxlanılması, xidməti bacarıqların yoxlanılması, həmçinin fiziki, atəş və döyüş hazırlığını əhatə edir. Onu uğurla keçən sıravilərin maaşı 400 min dramdan (təxminən 1043 dollar) artıq olmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   ordu   ixtisarlar  



Xəbər lenti