Azərbaycan icmasının rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

   Azərbaycan icmasının rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  19 Avqust 2025    Oxunub:1045
Çelyabinsk vilayətinin azərbaycanlı icmasının rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından çıxarılıb.
Rusiya mətbuatının yaydığı xəbərə görə, "etnik separatizmin təbliğində" təqsirli sayılan Ə.Xankişiyevin bu ölkəyə girişinə qadağa qoyulub.

Məlumat üçün diqqətə çatdıraq ki, Ərşad Xankişiyev biznesmen, meyvə-tərəvəz alverçisi, restoran sahibidir. "Fruktdom MMC", "Fruit House MMC", "Nar Sharab MMC" və "Kaspiy MMC"nin təsisçisidir. Eyni zamanda, Çelyabinskdə "Azərbaycan" ictimai-hüquqi ictimai təşkilatının prezidenti və "Çelyabinsk Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatının sədri vəzifələrində çalışıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   icma   vətəndaşlıq  



Xəbər lenti