MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

   MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
  19 Avqust 2025    Oxunub:861
Sentyabrın 29-da Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası baş tutacaq.
Bu barədə MDB-nin Baş katibi Sergey Lebedev Minskdə birliyə üzv dövlətlərin daimi səlahiyyətli Nümayəndələr Şurasının iclasından qabaq jurnalistlərə açıqlamasında məlumat verib. O söyləyib ki, hazırda bu görüş üçün lazımi hazırlıqlar görülməkdədir.
MDB: "Sülh sazişini gözləyirik"

"Hökumət Başçıları Şurasının iclasında 14 məsələyə, 20-dən artıq sənədin layihələrinə baxılacaq. Eyni zamanda, MDB-nin 2026-2030-cu illər üzrə iqtisadi inkişaf strategiyasının II mərhələsinin icra planı da nəzərdən keçiriləcək", – Lebedev vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   MDB   iclas  



Xəbər lenti