Türkiyənin Tekirdağ vilayətində su tapılmır

   Türkiyənin Tekirdağ vilayətində su tapılmır
  19 Avqust 2025    Oxunub:775
Türkiyənin Tekirdağ vilayətində davam edən quraqlıq bölgənin əsas bəndlərini susuz qoyub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Türkmeneli su anbarında suyun səviyyəsi 5%-dən aşağı düşüb. Mərmərə Ereylisi rayonunun bələdiyyə başçısı Onur Bozkurter anbarın tamamilə qurumağa yaxınlaşdığını qeyd edərək deyib:

“Su anbarı tamamilə lillənib, artıq su yoxdur. Ciddi quraqlıqla üzləşirik, hətta quyular da boşdur. Su təchizatını təmin etmək üçün fəal mübarizə aparırıq, lakin özəl quyularda belə su tapa bilmirik. Su anbarı tamamilə lillənib, su yoxdur”.

AzVision.az


Teqlər:



Xəbər lenti