Lavrov: “Rusiya Ukraynanın ərazilərini tutmaq istəmirdi” | VİDEO

      Lavrov:    “Rusiya Ukraynanın ərazilərini tutmaq istəmirdi”  | VİDEO
  19 Avqust 2025    Oxunub:1045
Rusiya heç vaxt əraziləri (Ukraynanın) ələ keçirmək məqsədi güdmürdü, lakin “rusları” qorumağa çalışırdı.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın “VQTRK” telekanalına müsahibəsində belə deyib.

“Bir daha qeyd etmək istəyirəm ki, biz heç vaxt sadəcə olaraq bəzi əraziləri ələ keçirmək barədə danışmamışıq. Nə Krım, nə Donbass, nə də Novorossiya ərazi kimi heç vaxt bizim məqsədimiz olmayıb”, - Rusiya XİN-in rəhbəri iddia edib.

Putin Zelenski ilə görüşməyə hazırdır | VİDEO
Onun sözlərinə görə, Moskvanın məqsədi əsrlər boyu bu torpaqlarda yaşayan, Krımda və Donbassda onlar üçün qan tökən, Odessa, Nikolayev şəhərləri yaradan insanları, rusları qorumaq idi.

Sergey Lavrov həmçinin bildirib ki, Rusiya Ukrayna ilə nizamlanmaya dair danışıqların heç bir formatını rədd etmir, lakin yüksək səviyyəli rəsmilərin iştirakı ilə istənilən təmaslar “çox ehtiyatla hazırlanmalıdır”.

- Əsas odur ki, çoxtərəfli formatlar “kimsə səhər qəzetdə yazıb, axşam televiziyada nümayiş etdirmək, sosial şəbəkələrdə qeybət” xatirinə təşkil olunmur. Onlar mütəxəssislər səviyyəsindən başlayaraq mərhələ-mərhələ sammitlər hazırlamaq və bütün lazımi addımları atmaq üçün keçirilməlidir”, - Rusiyanın diplomatiya idarəsinin rəhbəri vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında mümkün görüşün anonsunu verib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Lavrov   Ukrayna   ərazilər  



Xəbər lenti