Zelenski Ağ Evdəki çıxışı ilə az qala Trampı qəzəbləndirib

   Zelenski Ağ Evdəki çıxışı ilə az qala Trampı qəzəbləndirib
  20 Avqust 2025    Oxunub:723
Ağ Evdə Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün Kiyevin prioritetlərini ətraflı sadalamağa başlayanda az qala ABŞ prezidenti Donald Trampı qəzəbləndirib.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Zelenski ABŞ prezidenti və Avropa ölkələrinin nümayəndə heyətləri qarşısında çıxışı zamanı Kiyevin Ukraynadakı münaqişəyə son qoymaq üçün əsas şərtlərini sadalayıb və bu, tamaşaçıları, xüsusən də Trampı qıcıqlandırmağa başlayıb.

Vaşinqton administrasiyasının rəhbərinin Ukraynanın mövqeyini müzakirə etməkdə maraqlı olmadığı bildirilib. Nəşr yazıb ki, Tramp Zelenskinin sözünü kəsərək onu tələsdirməyə çalışıb. Lakin Zelenski çıxışını sürətləndirmək cəhdlərinə məhəl qoymayıb. Sonda o, hesabatını tələsik bitirib, daha sonra sözü NATO-nun baş katibi Rütteyə verib.

AzVision.az




Teqlər:



Xəbər lenti