İran İsraili yeni raketlərlə hədələyir

 İran İsraili yeni raketlərlə hədələyir
  20 Avqust 2025    Oxunub:808
"İsrailin gələcəkdə mümkün hücumuna qarşı daha böyük imkanlara malik raketlər hazırlanıb".
Bu barədə İranın müdafiə naziri Əziz Nəsirzadə yerli mətbuata müsahibəsində məlumat verib. O diqqətə çatdırıb ki, yeni raket sistemləri 12 günlük müharibə dövründə işlədilənlərdən dəfələrlə üstündür.

"Müharibədə işlətdiyimiz raketlər bir neçə il əvvəlin istehsalı idi. Hazırda onlardan qat-qat artıq imkanlara malik raketlər düzəldib hazır saxlamışıq. İsrail yenidən "macəraya atılarsa", həmin raketləri işə salacağıq", – nazir vurğulayıb. Hərçənd raketlərin "yeni imkanlar"ını açıqlamayıb.

Xatırladaq ki, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   münaqişə   raket  



Xəbər lenti