Rusiyalı generalın olduğu maşın necə partladılıb? | VİDEO

   Rusiyalı generalın olduğu maşın necə partladılıb?    | VİDEO
  20 Avqust 2025    Oxunub:708
Ukraynanın Xüsusi Əməliyyat qüvvələri (XƏQ) Rusiya ordusunun general-leytenantı Əsədulla Abaçevin ağır yaralandığını bildirib.
AzVision.az XƏQ-in məlumatına istinadən xəbər verir ki, hadisə avqustun 17-nə keçən gecə Kursk vilayətinin Rılsk şəhərindən təxminən 5 kilometr aralıda baş verib.

“XƏQ (UA_REG TEAM) bölməsi Rusiya ordusunun Şimal qüvvələri qrupunun komandir müavininin olduğu avtomobili atəşə tutub. Nəticədə yaralı generalın qolu və ayağı amputasiya edilməli olub, bundan sonra o, təcili olaraq Moskvaya aparılıb”, - xəbərdə deyilir.

Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) də Ukrayna bölmələrinin Rılsk-Xomutovka magistral yolunda Rusiya hərbçilərinin avtomobil kolonuna hücumu nəticəsində general-leytenant Əsədulla Abaçevin ağır yaralandığını təsdiqləyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   general  



Xəbər lenti