Belarusla İran arasında bir sıra müqavilələr imzalanıb

Belarusla İran arasında bir sıra müqavilələr imzalanıb
  20 Avqust 2025    Oxunub:1005
Avqustun 20-də Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə İran prezidenti Məsud Pezeşkian arasında danışıqlar keçirilib.
AzVision.az xəbər verir ki, İranlı həmkarını səmimiyyətlə qarşılayan Belrus prezidenti Aleksandr Lukaşenko özünün daha əvvəl, iyun ayında planlaşdırılan səfərinin təxirə salınsa da, bunun son dərəcə vacib olaraq qaldığını deyib.

“Siz bizim dostumuz olmusunuz və dostumuz kimi də qalırsınız. Biz İran qarşısında götürdüyümüz bütün öhdəlikləri yerinə yetirməyə sadiqik. Əgər yerinə yetirilməmiş razılaşmalarla bağlı suallar yaranarsa, biz bu gün onları səmimi və mehriban söhbətdə müzakirə edəcəyik”, - Belarus lideri vurğulayıb.

Lukaşenko açıq dialoqa hazır olduğunu vurğulayaraq, istənilən məsələləri müzakirə etməyə hazır olduğunu diqqqət çatdırıb. O, qeyd edib ki, tərəflər üçün qapalı mövzu yoxdur: ərzaq tədarükündən tutmuş hərbi-texniki əməkdaşlığa qədər. Ən əsası isə, Minsk və Tehranın dostluğu heç kimə qarşı yönəlməyib, Belarus və İran öz xalqlarının mənafeyi naminə hər şeyi edirlər.

Danışıqlardan sonra tərəflər arasında mülki aviasiya, səhiyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Liderlər iki ölkə arasında münasibətlərin dərin inkişafına dair birgə bəyanat da qəbul ediblər.

İran prezidenti də öz növbəsində Minsk və Tehran arasında qarşılıqlı fəaliyyətin strateji xarakter daşıdığına diqqət çəkib.

- İran və Belarus beynəlxalq arenada bir-birini dəstəkləyir, bu, çox dəyərli və vacibdir. Biz qarşılıqlı etimad və qarşılıqlı hörmət əsasında əməkdaşlıq edirik. İran İslam Respublikası Qərbin qeyri-qanuni sanksiyalarını neytrallaşdırmaq üçün Belarus Respublikası ilə əməkdaşlığa hazırdır”, - Məsud Pezeşkian vurğulayıb.

Danışıqları müsbət məzmunlu adlandıran Aleksnadr Lukaşenko növbəti addımın strateji əməkdaşlıq sazişinin imzalanması olacağına əminliyini bildirib. O, həmçinin vurğulayıb ki, Belarus İranın dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüququnu dəstəkləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Belarus   İran   müqavilələr  



Xəbər lenti