Pakistanda musson yağışları: 800 nəfər ölüb

Pakistanda musson yağışları:    800 nəfər ölüb
  20 Avqust 2025    Oxunub:889
İyunun 26-dan bəri Pakistanın müxtəlif şəhərlərində musson yağışları nəticəsində ölənlərin sayı 746 nəfərə çatıb.
Pakistanın Fəlakətlər üzrə Milli İdarəsinin (NDMA) yaydığı məlumata görə, son 24 saatda əsasən Gilgit-Baltistan vilayətində 44 nəfər həyatını itirib.

Eyni zamanda, ölkənin şimal-qərbində 150 nəfərin təbii fəlakət nəticəsində itkin düşdüyü, onların tapılmaları üçün axtarış qruplarının əraziyə göndərildiyi bildirilib.

Aramsız musson yağışlarının hələ bir neçə gün səngiməyəcəyi diqqətə çatdırılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Pakistan   təbii-fəlakət  



Xəbər lenti