Niderland Polşaya 300-ə yaxın hərbçi göndərməyi planlaşdırır

Niderland Polşaya 300-ə yaxın hərbçi göndərməyi planlaşdırır
  20 Avqust 2025    Oxunub:447
Niderland Polşanı hava hücumundan müdafiə (HHM) sistemləri ilə təmin edəcək və 300 hərbçisini ölkədə yerləşdirəcək.
AzVision.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bildirib.

“Niderland Polşanı HHM sistemləri ilə təmin edəcək. “Patriot” batareyaları, NASAMS, dron əleyhinə sistemlər və 300 hərbçi kontingenti ilə biz onlara NATO ərazisini qorumaq və Ukraynanı dəstəkləmək üçün qabaqcıl imkanlar təklif edəcəyik”, - o, “X” sosial şəbəkəsində yazıb.

AzVision.az



Teqlər:



Xəbər lenti