Ərdoğan Makronla danışıb

   Ərdoğan Makronla danışıb
  21 Avqust 2025    Oxunub:1184
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Türkiyə mətbuatının yaydığı məlumata əsasən, tərəflər qarşılıqlı əlaqələrlə yanaşı Ukraynada və Qəzza zolağında cari vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, rəsmi Ankara Ukrayna-Rusiya sülh danışıqlarında bütün səylərə töhfə verməyə hazırdır. O, eyni zamanda, Türkiyənin Qəzza zolağında atəşkəs naminə səy göstərdiyini vurğulayıb.
Ərdoğan Putinlə danışıb

Danışıq əsnasında Türkiyə və Fransa arasında əməkdaşlığın yüksək qiymətləndirildiyi, xüsusilə müdafiə sənayesində və digər bir çox sahədə əlaqələrin inkişafı naminə səylərin artırılacağı vurğulanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   Fransa   prezident   danışıq  



Xəbər lenti