Rusiya və Azərbaycan Baş nazirlərinin müavinləri görüşəcəklər

   Rusiya və Azərbaycan Baş nazirlərinin müavinləri görüşəcəklər
  22 Avqust 2025    Oxunub:1223
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və rusiyalı həmkarı Aleksey Overçuk Həştərxan şəhərində İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını keçirəcəklər.
Rusiyanın "TASS" dövlət xəbər agentliyinin rəsmi mənbəyə istinadən yaydığı xəbərə görə, bu, iki ölkə arasında bir neçə ay ərzində ilk ali səviyyəli rəsmi təmasdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   iclas  



Xəbər lenti