Hindistanda polis göyərçini saxlayıb

Hindistanda polis    göyərçini    saxlayıb
  22 Avqust 2025    Oxunub:1144
Hindistanın Pakistanla sərhəddə yerləşən Cammu şəhərində yerli polis avqustun 18-i axşam saatlarında dəmir yolu vağzalı ərazisində şübhəli göyərçin tutub.
"The Indian Express" qəzetinin yaydığı məlumata əsasən, göyərçinin ayağına kağız parçasının bağlandığını görən polis əməkdaşları onu dərhal tutublar. Kağızda "Kəşmirə azadlıq" və "Vaxt çatdı" ifadələri ilə yanaşı vağzalın partladılacağı ilə əlaqədar xəbərdarlıq aşkarlanıb.

Bildirilib ki, bu, Pakistan tərəfindən göyərçinlə göndərilən ilk hədə-qorxu mesajıdır. Əvvəllər bu ölkədən Hindistana oxşar mesajlar şar, bayraq və başqa quşlar vasitəsilə çatdırılb.

Faktla əlaqədar vağzalda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda təhqiqat aparılır. Mütəxəssislər diqqətə çatdırırlar ki, hakimiyyət belə hallara qarşı son dərəcə ciddi yanaşmalıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Hindistan   Pakistan   münaqişə   göyərçin   mesaj  



Xəbər lenti